Cüdo yığma komandamıız Çexiyada Açıq Avropa turnirində
28-29 sentyabrda Çexiyanın paytaxtı Praqada Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Açıq Avropa turniri keçiriləcək.
Mediasport.az xəbər verir ki, turnirdə 34 ölkədən 371 idmançı iştirak edəcək.
Azərbaycan yarışda kişilər arasında 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçisi Rüstəm Alimli rəhbərlik edəcək.
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, "A" kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.
Açıq Avropa turnirində iştirak edəcək Azərbaycan cüdoçuları
28-29 sentyabr
-60 kq.
Babarəhim Mirzəyev
Hüseyn Allahyarov
Rövşən Əliyev
-66 kq.
Elşən Əsədov
Mehdi Cəfərov
Rəşad Yelkiyev
Nazir Talıbov
-73 kq.
Rüfət Şövlətov
Nəriman Mirzəyev
-90 kq.
Musa Hüseynli
İbrahim Ağakişiyev
-100 kq.
Nihad Şıxəlizadə
+100 kq.
Camal Qamzatxanov
İmran Yusifov