Milli komandamız okeanın o tayına gedib - Paris-2024-ə hazırlıq üçün

Milli komandamız okeanın o tayına gedib - Paris-2024-ə hazırlıq üçün

Kişilərdən ibarət boks üzrə Azərbaycan milli komandası ABŞ-yə yollanıb.

Mediasport.az xəbər verir ki, onlar olimpiya çəki dərəcələri üzrə yığma lisenziya turnirlərinə və Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı Koloradoda davam etdirəcəklər.

Təlim-məşq toplanışında baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərli altında 9 boksçu iştirak edəcək.

Mütəxəssislər Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov, Şamil Əsgərov (hər ikisi 57 kq), Tayfur Əliyev, Malik Həsənov (hər ikisi 63,5 kq), Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevi (+92 kq) yoxlayacaqlar.

Toplanış çərçivəsində yerli boksçularla birgə məşqlər və sınaq döyüşlərinin keçirilməsi də planlaşdırılır. Hazırlıq fevralın 1-dək davam edəcək.

Öncədən Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziyanı Avropa Oyunlarında qazanıb.