Yeni transferlər fərqləndi, "Şamaxı" "Pelikan"a 5 cavabsız qol vurdu

Yeni transferlər fərqləndi, "Şamaxı" "Pelikan"a 5 cavabsız qol vurdu

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Şamaxı” yay təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib. 

Mediasport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda ölkəmizdə fəaliyyət göstərən “Pelikan” Akademiyası ilə qarşılaşıb.

Bölgə təmsilçisi rəqib qapısından 5 cavabsız top keçirib.

Şamaxılıların heyətində Conatan Benteke, Ramin Əhmədov, Belaydi Pusi və Elşad Tağıyev (2) fərqlənib.