Yeniyetmələr Avropa Kuboku turnirində bir araya gələcəklər

  Yeniyetmələr Avropa Kuboku turnirində bir araya gələcəklər

Göygöldə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.

Mediasport.az xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış 4-5 mayda baş tutacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu yarışın regionda keçirilməsini cüdonun ölkəmizdə kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılması baxımından mühüm rol oynadığını deyib.

O, yarışın yeniyetmələrdən ibarət milli üzvlərinin öz peşəkarlıqlarını artırmaları, Avropa və dünya birinciliklərində iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacağını vurğulayıb.

Xatırladq ki, turnir bitdikdən sonra yarışda iştirak edəcək ölkələrin idmançılarının iştirakı ilə 6-8 mayda beynəlxalq təlim-məşq toplanışı təşkil ediləcək.