Son 3 idmançımız mübarizəyə qoşulur - Avropa çempionatı
Fransanın Monpelye şəhərində keçirilən cüdo üzrə Avropa çempionatına bu gün yekun vurulacaq.
Mediasport.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparacaq.
Murad Fətiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) yarışa 1/16 finaldan qoşulacaqlar. Onlar müvafiq olaraq Laşa Bekauri (Gürcüstan) və Harri Lovell-Hyuitt (Böyük Britaniya) ilə üz-üzə gələcəklər.
Uşanqi Kokauri (+100 kq) isə bu mərhələdən azaddır. 1/8 finaldan mübarizəyə başlayacaq idmançının rəqibi Mirça Kroytoru (Rumıniya) – Marius Fizel (Slovakiya) cütünün qalibi olacaq.
Qeyd edək ki, Avropa çempionatına 11 cüdoçu ilə yollanan Azərbaycan millisinin heyətində yalnız Hidayət Heydərov (73 kq) medal qazana bilib. O, bütün rəqiblərindən güclü olub.
48 kq-da Leyla Əliyeva, 52 kq-da Gültac Məmmədəliyeva, 60 kq-da Balabəy Ağayev və Turan Bayramov, 66 kq-da Yaşar Nəcəfov, 73 kq-da Rəşid Məmmədəliyev və 81 kq-da Zelim Tçkayev uğursuz çıxış edib.