Komandamız "Böyük Dəbilqə" turnirini 3 medalla başa vurdu
Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulub.
Mediasport.az xəbər verir ki, Azərbaycan komandası yarışı 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.
Yığmamız medal əyarına görə ümumi hesabda 4-cü, kişilər arasında 2-ci yeri tutub.
Üç gün davam edən turnirdə ölkəmiz 8 çəki dərəsində 12 kişi və 2 qadın idmançı ilə təmsil olunub.
Kişilər arasında Zelim Tçkayev (-81 kq.) bütün rəqiblərini məğlub edərək qızıl medalın sahibi olub.
Uşangi Kokauri (+100 kq.) gümüş medal, Murad Fətiyev (-90 kq.) bürünc medal qazanıblar.
Rəşid Məmmədəliyev (-73 kq.) 5-ci, Rəşad Yelkiyev (-66 kq.) və Ömər Rəcəbli (-81 kq.) yarışı 7-ci sırada tamamlayıblar.
Qadınlar arasında isə Acelya Toprak (-57 kq.) bürünc medal qazanıb, Leyla Əliyeva (-48 kq.) 7-ci yerdə qərarlaşıb.