Yığmamız ardıcıl ikinci qələbəsini qazandı - Avropa çempionatı

Yığmamız ardıcıl ikinci qələbəsini qazandı - Avropa çempionatı

Kosovanın paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının “C” divizionunun “B” qrupunda mübarizə aparan milli komandamız üçüncü oyununda Albaniya yığması ilə qarşılaşıb.

MediaSport.az xəbər verir ki, ötən tur Ermənistan basketbolçularını darmadağın edən komandamız bu görüşdə 87:67 hesablı qələbə qazanıb.

Yığmamız qrupda sonuncu oyunu San-Marino seçməsinə qarşı keçirəcək. Matç bu gün Bakı vaxtı ilə saat 19:30-da keçiriləcək.