Milli və "Neftçi"nin Dünya Qadınlar Seriyasında rəqibləri müəyyənləşdi

Milli və "Neftçi"nin Dünya Qadınlar Seriyasında rəqibləri müəyyənləşdi

3x3 basketbol üzrə Azərbaycan milli komandası və “Neftçi”nin Dünya Qadınlar Seriyasının “Orlean” mərhələsindəki rəqibləri müəyyənləşib.

MediaSport.az xəbər verir ki, yarış iyulun 23-24-də Fransanın Orlean şəhərində keçiriləcək.

Azərbaycan millisi C qrupunda ABŞ və “Yuanda” (Çin), “Neftçi” isə A qrupunda Kanada və İtalya yığmaları ilə qarşılaşacaq. Yığmamızın ilk matçda rəqibi ABŞ basketbolçuları, “Neftçi”nin rəqibi isə kanadalılar olacaqlar.

Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.