Yüksək Liqa: 2-ci dövrənin son turunun təqvimi açıqlanıb

Yüksək Liqa: 2-ci dövrənin son turunun təqvimi açıqlanıb

Voleybolçu qadınlar arasında Azərbaycan çempionatında 2-ci dövrənin son turunun təqvimi açıqlanıb.

Mediasport.az xəbər verir ki, Yüksək Liqada 10-cu turun oyunları yanvarın 23-də və 25-də baş tutacaq.

Öncə ayın 23-ü, saat 17:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində "Murov Az Terminal" və "Gəncə" üz-üzə gələcəklər.

UNEC klubunun idman zalında saat 18:00-da başlayacaq qarşılaşmada "Milli Aviasiya Akademiyası" ilə meydan sahibləri münasibətləri aydınlaşdıracaqlar.

Tura yanvarın 25-də "Abşeron" - "Azərreyl" oyunu ilə yekun vurulacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq matçın start fiti saat 18:00-da veriləcək.