Zəhrabəyova bacıları Fransada beynəlxalq yarışda uğur qazandılar

Zəhrabəyova bacıları Fransada beynəlxalq yarışda uğur qazandılar

Fransanın Jardin şəhərində atçılıq idmanının "CDİ3" kateqoriyalı dressura növü üzrə beynəlxalq yarış keçirilib.

Azərbaycan Atçılıq Federasiyasından MediaSport.az saytına bildirilib ki, Almaniya, Fransa, Belçika, Böyük Britaniya, Niderland daxil 20-dən çox ölkədən idmançıların iştirak etdiyi mötəbər yarışda Azərbaycanı Aqata və Karina Zəhrabəyova bacıları təmsil ediblər.

Aqata Zəhrabəyova yarışa “RM Golden Showman”, Karina Zəhrabəyova isə “Ein Stern” və “Delicato 2” atları ilə qatılıblar.

Aqata üç yarışın yekununda 70 faizdən çox xal toplayaraq ilk üçlüyə düşməyi bacarıb. Karina isə 74 faizdən dən çox xalla “Junior Freestyle” yarışının qalibi adını qazanıb.