"Zəngəzur" Avropa Kubokunda 4-cü, "Borussiya" çempion olub
Azərbaycanı minifutbol üzrə Avropa Kubokunda təmsil edən "Zəngəzur" Bolqarıstanda təşkil edilən Avropa Kubokunda sonuncu oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Əjdər Əjdərovun rəhbərlik etdiyi kollektiv üçüncü yer uğrunda görüşdə Rumıniyanın “Nova Vita Taqru” klubu ilə qarşılaşıb.
Rəqibinə 3:4 hesabı ilə məğlub olan "Zəngəzur" yarışda dördüncü yeri tutub. Çempion adını isə təmsilçimizin yarımfinalda 0:2 hesabı ilə uduzduğu "Borussiya" (Sibiu, Rumıniya) olub.