"Zirə" bombardirlik yarışının iştirakçısını transfer etdi
Başa çatan mövsümdə Azərbaycan Premyer Liqasının bombardirləri sırasında yer alan Aleksandr Romalinqomun yeni mövsümə harada başlayacağı məlum olub.
Mediasport.az "sportinfo"ya istinadən xəbər verir ki, Elitada keçirdiyi ilk sezonda 15 qol vuran və bu göstəricidə yalnız "Qarabağ"lı Juninoydan geri qalan (20 qol) hücumçu "Zirə" ilə müqavilə imzalayıb.
Maqadaskar yığmasının forvardı qəsəbə təmsilçisi ilə 2 illik anlaşıb.
Avropa Liqasında mübarizə aparacaq "qartallar" forvarda ilk ilində 170 min dollar qazandıracaq.
Sonrakı "futbol ili"ndə isə onun gəliri 200 min dollar civarına yaxınlaşacaq.