"Zirə", "Sabah" və "Sumqayıt"ın potensial rəqibləri məlum oldu
Azərbaycanı yeni mövsümdə avrokuboklarda təmsil edəcək "Zirə", "Sabah" və "Sumqayıt" klublarının potensial rəqibləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, təmsilçilərimiz mübarizəyə təsnifat mərhələlərindən başlayacaqlar.
"Zirə" yarışlara Avropa Liqasının 1-ci, “Sabah” və “Sumqayıt” isə Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən qoşulacaq.
Hər üç komanamız püşkatmada səpələnməmişlər sırasında yer alacaq.
“Zirə”nin 1-ci təsnifat mərhələsində 6 potensial rəqibi var - “Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Tobol” (Qazaxıstan), “Visla” (Krakov, Polşa), “Pafos” ” "(Kipr) və "Pakş" (Macarıstan).
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində iştirak edəcək 100 klubdan 86-sı “Sabah” və “Sumqayıt”ın da daxil olduğu Liqa Yolunda yarışacaq. Təmsilçilərimizin qarşılaşmayacağı rəqiblər və Ermənistan klublarını çıxsaq, qalan 42 komandadan 30-u məlumdur:
"Olimpiakos" (Yunanıstan), "Başakşəhər" (Türkiyə), ÇFR (Rumıniya), "Legiya" (Polşa), "Makkabi" (Hayfa, İsrail), "Hapoel" (Beer Şeva, İsrail) ), “Yurqorden” (İsveç), “Qou Ehed İqlz” (Niderland), “Omoniya” (Kipr), “Vitoriya” (Portuqaliya), “Astana” (Qazaxıstan), "Riqa" (Latviya), "Olimpiya" (Sloveniya), "Dnepr-1" (Ukrayna) ), AEK (Yunanıstan), "Jrinski" (Bosniya və Herseqovina), "Hayduk" (Xorvatiya), "Osiyek" (Xorvatiya) , “Spartak” (Trnava, Slovakiya), AEK (Kipr), “Austriya” (Vyana, Avstriya), “Vaduts” (Lixtenşteyn), DAK (Slovakiya), “Fehervar” (Macarıstan), “Banik” (Çexiya), “Sent-Mirren” (Şotlandiya), “Universitatya Krayova” (Rumıniya), “Brondbü” (Danimarka), “Sürix” ( İsveçrə), “Sent -Qallen” (İsveçrə).
Daha 8 klub 1-ci turun, 3 klub isə Belçika, Çexiya və Danimarka çempionatlarının nəticələrinə əsasən müəyyənləşəcək.
Bundan əlavə, 1-ci turun üç qalibi olan “Drita” (Kosovo) və Bolqarıstan təmsilçisinin səbətləri qeyri-müəyyən olaraq qalır.
“Olimpiakos” bu gün keçiriləcək Konfrans Liqasının finalında qalib gəlsə, yeni mövsümə Avropa Liqasında başlamaq imkanı əldə edə bilər.