"Əsgərlər kimi qoyulan tapşırığı yerinə yetirdik" - Adrian Mutu
"Meydança bizə çətinlik yaradırdı. Amma üç xalı qazandığımız üçün şadam".
Mediasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində "Sumqayıt"a 1:0 hesabı il qalib gəldikləri oyunundan sonra bildirib.
Beş turdan sonra komandanızdan razısız?
-"Kəpəz"lə keçirilən oyunda komandamdan daha artığını gözləyirdim. Ümumi götürsək, çətin perioddan keçmişik. Fasilədə də daha çox çalışacağıq ki, uğurlu çıxış edək.
Transfer olacaq?
- Bəli, yaxın günlərdə yeni transferi görəcəksiz. Bundan sonra bizim üçün pəncərə bağlanacaq.Güclü heyət qurmaq istəyirik.Əlimdə olan futbolçuların çıxışından razıyam. Hamısını qələbə münasibəti ilə təbrik edirəm. Bu cür meydanda oynamaq elə də asan deyil.
Dieqo Valdesin performansını necə qiymətləndirirsiz?
- Valdez komandaya bir neçə gün öncə qoşulub. Bundan əvvəlki oyunda ona şans vermədim. İstədim ki, məşqimizə baxıb komandaya daha tez adaptasiya olsun. Bu gün bir neçə dəqiqə oynadı. Göstərdi ki, qol vurmağə da bacarır.
Bəs komandanın oyunundan necə, razısız?
- Sevinirəm ki, 100 faizli nəticə qazandıq. Bir epizod yaratdıq, onu da qola çevirdik. Əsgərlər kimi qoyulan tapşırığı yerinə yetirdik. Amma bunu zarafat mənasında deyirəm. Belə meydanda oynamaq asan deyil, futbolçular əllərindən gələni etdilər.
Matçın sonunda "Sumqayıt"ın baş məşqçisi ilə aranızda gərginlik yaşandı.
- Xeyr, heç nə baş verməyib.
Oyunların hamısına eyni pencəkdə çıxırsız. Bunun sizin üçün xüsusi önəmi var?
- Bəli, mənə uğur gətirən pencəkdir. Ona görə də, məni çox vaxt bu pencəkdə görə bilərsiz.