"Bəlkə də ən yaxşı qol imkanları yaratdığımız oyun oldu"
“Stresli oyun gözləyirdik. Elə də oldu. Qalib gələ bilsəydik, bir pillə irəli çıxa bilərdik".
Mediasport.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"Un baş məşqçisi Ayxan Abbasov deyib.
Gənc mütəxəssis Azərbaycan Premyer Liqasının 28-ci turunun "Səbail"Lə səfər görüşü haqda fikirlərini bölüşüb:
"Məğlub da olsaydıq rəqib böyük üstünlük qazanacaqdı. Oyun baxımından futbolçularımdan razı qaldım. Sona qədər dinamikanı saxlaya bildik. Gözləmədiyimiz halda müdafiədə səhv etdik. Rəqib də bundan istifadə etdi. Ondan sonra hücumlarda olduq. Qapıçı bir neçə epizodda yaxşı oynadı"
A.Abbasov çoxlu qol şanslarının olduğunu qeyd edib:
"Bəlkə də ən yaxşı qol imkanları yaratdığımız oyun oldu. İkinci qolu vurmaq üçün hücumlarımızın sonluğu çatmadı. Şansımız var. Bundan sonrakı oyunlar da çətin keçəcək. Davam etməliyik. Əsas odur ki, səfərdə oynamağımıza baxmayaraq, futbolçularım inamlıdırlar, inamlı çıxış etdilər. Amma qalib gəlmək üçün yetərli olmadı. Demək ki, bir qədər də artırmalıyıq. Futbolçularıma da bildirdim ki, inşallah, gələn oyunlarda bunun bəhrəsini görəcəyik”.
Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb.