Superkubokda FİNAL: Bu gecə "Napoli" "İnter"lə qarşılaşacaq

Superkubokda FİNAL: Bu gecə "Napoli" "İnter"lə qarşılaşacaq

Bu gün İtaliya Superkubokunun qalibi müəyyənləşəcək.

Mediasport.az xəbər verir ki, həlledici qarşılaşmada "Napoli" və "İnter" üz-üzə gələcəklər.

Səudiyyə Ərəbistanının "Əl-Əvvəl" stadionunda keçiriləcək matç 23:00-da başlanacaq və "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.

Turnirin ən çox qalibi olan klub "Yuventus"dur (9 dəfə). "İnter" 7, "Napoli" isə 2 dəfə Superkubokun sahibi olub. "Milan" 7, "Latsio" 5, "Roma" 2 dəfə yarışın baş mükafatını qazanıb.


İtaliya Superkuboku. Final


23:00 "Napoli" - "İnter"