AFFA İK "Kəpəz", "Qarabağ" və "Araz-Naxçıvan"ı cərimə etdi

AFFA İK "Kəpəz", "Qarabağ" və "Araz-Naxçıvan"ı cərimə etdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Mediasport.az xəbər verir ki, komitə Azərbaycan Premyer Liqasının 3 klubunu cərimələyib.

35-ci turun "Kəpəz" - "Zirə" (0:1) oyununda meydan sahibi azarkeşlərinin hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə qərb təmsilçisi 1000 manat cərimə ödəyəcək.

Turun “Qarabağ” - “Turan Tovuz” matçından (4:3) sonra akkreditasiyası olmayan şəxslər “Zona 1”ə daxil olduğuna görə Ağdam klubu 500 manat ziyana düşüb.

Həmçinin, turun "Qəbələ" - "Araz-Naxçıvan" (2:0) görüşündə 5 futbolçusu sarı vərəqə aldığına görə qonaqlar 700 manat cəriməyə məruz qalıblar.