Azərbaycan idmançısı “Çağırış Kuboku” reqatasının qalibi olub

Azərbaycan idmançısı “Çağırış Kuboku” reqatasının qalibi olub

Azərbaycan avarçəkəni Diana Dımçenko Monakoda şahzadə II Albertin şərəfinə təşkil edilən sahil avarçəkməsi üzrə “Çağırış Kuboku-2023” reqatasının qalibi olub.

Mediasport.az xəbər verir ki, o, qarışıq 4 nəfərlik qayıqda avstriyalı Maqdalena Lobrinq, ABŞ idmançıları Kris Bak və Kori Rocerslə birgə mübarizə aparıb.

4000 metr məsafəyə yürüşdə D.Dımçenkonun komandası finiş xəttinə hamıdan birinci çataraq çempionluğu qazanıb.

Qeyd edək ki, sayca 18-ci dəfə təşkil edilən turnirdə 18 ölkədən 22 komandanın tərkibində 110 idmançı çıxış edib.