"Yaxşı nəticələr əldə etməsi üçün onlara dəstəyimizi göstərəcəyik"

"Yaxşı nəticələr əldə etməsi üçün onlara dəstəyimizi göstərəcəyik"

"Ölkəmizdə yelkən idman növünün inkişafına xüsusi diqqət yetirilir. Federasiyanın məşqçilərinə və gənclərin şücaətinə görə onlara minnətdarlığımı bildirirəm".

Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Zaur Nağıyev "SFA Federasiya Kuboku 2023" yarışlarının mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, idmançıların kifayət qədər yaxşı nəticələrə imza atdıqlarını bildirib:

"İnanıram ki, yelkənçilərimiz federasiyanın dəstəyi və bizim köməyimizlə nəinki yerli, beynəlxalq yarışlarda da bayrağımızı ucaldacaqlar. İdmançılarımızın daha yaxşı nəticələr əldə etməsi üçün onlara dəstəyimizi göstərəcəyik. Hər birini, xüsusilə də qalib gələnləri təbrik edirəm".