17-ci tura yekun vurulub

17-ci tura yekun vurulub

Qadın voleybolçuların Yüksək Liqasında 17-ci turun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, günün ilk matçında "Milli Aviasiya Akademiyası" və "Murov Az Terminal" komandaları qarşılaşıb.

Görüş ikincilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda "Azərreyl" "Gəncə"ni qəbul edib. Qarşılaşma "dəmiryolçular"ın 3:0 hesablı rahat qələbəsi ilə başa çatıb.

Tura UNEC - “Abşeron” (0:3) matçı ilə yekun vurulub.

Bu nəticələrdən sonra xallarını 42-yə çatdıran "Azərreyl" turnir cədvəlinə başçılıq edir. "Murov Az Terminal" 37 xalla ikinci, "Abşeron" isə 36 xalla üçüncü pillədə qərarlaşıb.