"Heç bir komandaya qarşı ayrı-seçkilik etmirik" - Şahin Bağırov
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov qurumun 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, o, "Xarı Bülbül" klubunun üzləşdiyi maliyyə problemi ilə bağlı danışıb:
"Heç bir komandaya qarşı ayrı-seçkilik etmirik. "Xarı Bülbül" komandasının yaxşı tarixçəsi var. Federasiyanın mövqeyi bəllidir. Hər komanda çempionatın əvvəlində mövsümə hazır olmalıdır. Yüksək Liqada oynayan kollektivlərə şərait yaradırıq. Bəzi işlərdə kömək göstəririk. Amma iqtisadi məsələləri özləri planlaşdırırlar".
Federasiyanın vitse-prezidenti Bəhruz Quliyev isə "Xarı Bülbül"un onlara təsdiqedici sənəd təqdim etdiyini və qurumun onlara dəstək olduğunu vurğulayıb.