Bakıda zəhərlənən dünya çempionu 2 gündür yemək yemir - VİDEO

Bakıda zəhərlənən dünya çempionu 2 gündür yemək yemir - VİDEO

Şahmat üzrə ünya çempionu Maqnus Karlsen Bakıda keçirilən Dünya Kubokunun yarımfinalında azərbaycanlı Nicat Abasovla görüşdən sonra qidadan zəhərlənib.

mediasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) mətbuat xidməti dünya çempionunun açıqlamasını yayıb.

Norveçli qrossmeyster iki gündür yemək yeyə bilmədiyini deyib: “Normal vəziyyətdə yəqin ki, bir az üstünlüyüm olacaqdı. Çünki bir gün istirahət edərdim. Rəqibim isə dünən çətin tay-breyk oynamalı idi. Amma son bir neçə gündə vəziyyətim çox pis idi. Nicat Abasovla oynayandan sonra qidadan zəhərləndim. Son iki gündür yemək yeyə bilmirəm. Buna görə də çox sakit idim. Çünki əsəbi olmağa gücüm qalmamışdı".