İddiaçılar Turniri: Nicat Abasov yarışda ikinci dəfə "sülh" bağlayıb

İddiaçılar Turniri: Nicat Abasov yarışda ikinci dəfə "sülh" bağlayıb

İddiaçılar Turnirində ölkəmizi təmsil edən Nicat Abasov 3-cü turda amerikalı Hikaru Nakamura ilə qarşılaşıb.

Mediasport.az xəbər verir ki, görüş heç-heçə ilə nəticələnib.

Üç turdan sonra Nepomnyaşi, Qukeş və Karuana hərəyə 2, Vidit və Praqnanandha 1,5, Nakamura, Firuca və Abasov isə 1 xal toplayıblar.

4-cü turda N.Abasov A.Firuca ilə, Nepomnyaşi Viditlə, Karuana Qukeşlə, Praqnanandha isə Nakamura ilə qarşılaşacaq.