2 boksçumuz 1/8 finalı keçə bilmədi, 2-si mərhələ adladı - DÇ-2023
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən boks üzrə Dünya çempionatında Azərbaycanın daha 2 idmançısı mərhələ adlayıb.
mediasport.az xəbər verir ki, mundialın 8-ci günündə yığmamızın üzvlərindən 2 nəfər 1/8 finalda məğlub olaraq mübarizəni dayandırıb, 2 nəfər isə növbəti mərhələyə keçib.
Nicat Hüseynov (54 kq) 1/16 finalda Po-Hao Hsu (Tayvan) ilə görüşüb. Qarşılaşma Avropa çempionumuzun 5:0 hesablı qələbəsi ilə başa çatıb. Hüseynov növbəti mərhələdə Yeol Finol Rivasla (Venesuela) ilə üz-üzə gələcək.
Dünya çempionumuz Alfonso Dominges (86 kq) 1/8-də Bill Makallisterə (Avstraliya) 5:0 hesabı ilə qalib gələrək 1/4 finalda döyüşmək hüququ əldə edib.
Tural Sarıyevlə (48 kq) Tayfur Əliyev (60 kq) isə 1/8 finalda müvafiq olaraq, Vuttiçai Yuraçai (Tailand) və Vsevolod Şumkova (Rusiya) uduzaraq DÇ ilə vidalaşıblar.
Bu gün Nicat Hüseynovla yanaşı, daha 2 təmsilçimiz rinqə çıxacaq - Nəbi İsgəndərov (67 kq) Tarxan İdiqovla (Rusiya), Məsud Yusifzadə (51 kq) Patrik Çinyemba (Zambiya) ilə qarşılaşacaq.