2 boksçumuz ən azı bürünc medalı təmin etdi - Avropa çempionatı
Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 1/4 final döyüşlərinə start verilib.
mediasport.az xəbər verir ki, mərhələnin ilk günündəAzərbaycan millisinin 2 idmançısı rinqdən qalib ayrılıb.
Boks Federasiyasının İdarə Heyətinin üzvü, yığmanın baş məşqçisi Rövşən Hüseynovun rəhbərlik etdiyi komandada İsmayıl Vəliyev (70 kq) italiyalı Françesko di Palmo ilə üz-üzə gəlib. Döyüş boksçumuzun 4:0 (30:27, 29:28, 29:28, 28:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.
Onun uğurunu Səftər Məmmədzadə (90 kq) də davam etdirib. Batu Basla (Türkiyə) qarşılaşan təmsilçimiz ikinci raundda tam üstünlüklə qalib gəlib.Hər 2 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təmin ediblər.