2-ci dövrəyə start verilib
Azərbaycanda ilk dəfə təşkil olunan ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Tələbə Liqasında 2-ci dövrəyə start verilib.
Mediasport.az xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
A qrupunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandalarının görüşündə birincilər qələbə qazanıblar - 5:1.
Azərbaycan Texniki Universitetinin idman kompleksində 12 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarışa bu ilin may ayında yekun vurulacaq.
Qeyd edək ki, Tələbə Liqası Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və AFFA-nın dəstəyi ilə keçirilir.
Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzalın təbliğindən, onlar arasında perspektivli idmançıların aşkar edilməsindən, bu idman növünə marağın artırılmasından, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir.