Azərbaycanlı hakimlər DÇ-2024-ün oyununa təyinat aldılar

Azərbaycanlı hakimlər DÇ-2024-ün oyununa təyinat aldılar

Futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası beynəlxalq təyinat alıb.

mediasport.az xəbər verir ki, hakimlərimiz DÇ-2024-ün əsas mərhələsinin 12-ci qrupunda keçiriləcək Slovakiya – Almaniya qarşılaşmasını idarə edəcək.

Matç noyabrın 9-da Slovakiyanın Levice şəhərində baş tutacaq. Qarşılaşmanın birinci hakimi H.Qafarlı, ikinci hakimi K.Əmiraslanov, üçüncü hakimi Ə.Cəbrayılov olacaq.