"Araz-Naxçıvan" ÇL-də Türkiyə klubunun qapısına 9 qol vurdu
“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasındakı ilk oyununda darmadağınla qalib gəlib.
mediasport.az xəbər verir ki, Azərbaycan çempionu ilkin seçmə mərhələnin A qrupu çərçivəsində Latviyada keçirdiyi birinci görüşündə Türkiyə təmsilçisi “İstanbul Şişli”ni 9:1 hesabı ilə üstələyib.
Amadeunun het-trik etdiyi matçda İsa Atayev dubla imza atıb.
UEFA Çempionlar Liqası. İlkin seçmə mərhələ. A qrupu. I tur
“Araz-Naxçıvan” (Azərbaycan) – “İstanbul Şişli” (Türkiyə) 9:1
Qollar: Katatau, 3:25, Xətai Bağırov, 5:53, Lazar Milosavlyeviç, 15:49, Amadeu, 21:35, 22:49, 30:05, İsa Atayev, 27:29, 33:05, Erik Dannilo, 35:52 - Sadettin Çamcı, 39:10.
Hakimlər: Arttu Kinaerenen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr).
Salaspils. Salaspils İdman Arenası.
Komandamız qrupda ikinci oyununu sabah Almaniyanın “Yan Regensburq” klubuna qarşı keçirəcək.