2-ci Liqa klubuna texniki məğlubiyyət və 400 manat cərimə

2-ci Liqa klubuna texniki məğlubiyyət və 400 manat cərimə

AFFA İntizam Komitəsi 2-ci Liqada çıxış edən "Kür-Araz"a 0:3 hesablı texniki məğlubiyyət verib.

Mediasport.az xəbər verir ki, komandanın heyətində rəsmi protokolda adı olmayan Ceyhun Quliyev "Dinamo" ilə matçda meydana çıxıb.

“Kür-Araz” həmçinin 400 manat cərimələnib. Qeyd edək ki, Aran təmsilçisinin baş məşqçisi Azərbaycan yığması və "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayevdir.