Bu gecə AVRO-2024-ün final mərhələsinin püşkü atılacaq

Bu gecə AVRO-2024-ün final mərhələsinin püşkü atılacaq

Bu axşam futbol üzrə AVRO-2024-ün final mərhələsinin püşkü atılacaq.

Mediasport.az xəbər verir ki, Hamburqda baş tutacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Püşkatmaya 21 milli komanda qatılacaq.

Qalan üç vəsiqənin sahibi mart ayında keçiriləcək pley-off görüşlərindən sonra bəlli olacaq.

A, B və C Yolundan gələcək yığmalar 4-cü səbətdə yer alacaqlar.

Qitə birinciliyinin final mərhələsi 14 iyun-14 iyul tarixlərində Almaniyanın 10 şəhərində təşkil olunacaq.


AVRO-2024 səbətlər

I Səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə

II Səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya

III Səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya

IV Səbət: İtaliya, Serbiya, İsveçrə, A Yolunda pley-off qalibi, B Yolunda pley-off qalibi, C Yolunda pley-off qalibi