2 güləşçimiz finalda, daha 5-i bu gün başlayır - Avropa çempionatı
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.
Mediasport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan yığmasının 5 yunan-Roma güləşçisi tatami üzərinə çıxıb.
55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində mübarizə aparan təmsilçilərimizdən ikisi finala, ikisi medal görüşünə vəsiqə qazanıb.
Rəşad Məmmədov (55 kq) və Murad Məmmədov (63 kq) Avropa çempionluğu üçün yarışacaq, İslam Abbasovla (87 kq) Beka Kandelaki (130 kq) bürünc mükafat qazanmağa çalışacaqlar.
77 kq-da Sənan Süleymanov ümidləri doğrultmayıb.
Bu gün millimizin daha 5 yunan-Roma güləşçisi meydana atılacaq. Onlardan Nihat Məmmədli təsnifat mərhələsindən start götürəcək, digərləri 1/8 finaldan başlayacaq.
60 kq: Nihat Məmmədli – Nedyalko Petrov (Bolqarıstan)
67 kq: Həsrət Cəfərov – Sebastyan Nad (Serbiya)
72 kq: Ülvü Qənizadə – Giorgi Çxikvadze (Gürcüstan)
82 kq: Rafiq Hüseynov – Alperen Berber (Türkiyə)
97 kq: Murad Əhmədiyev – Tiron Sterkenburq (Niderland) / Daniel Qastl (Avstriya)