2023-cü ildə yığma səviyyəsində ən yaxşı baş məşqçi Skaloni olub
2023-cü ildə milli komandalarda çalışan ən yaxşı baş məşqçinin adı açıqlanıb.
Mediasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytında məlumat verilib.
Argentina yığmasının çalışdırıcısı Lionel Skaloni bu göstəricidə birinci (185 xal) olub.
Fransanın baş məşqçisi Didye Deşam 2-ci (112), Portuqaliyanın uğurları üçün çalışan Roberto Martines isə 3-cü (61) sırada yer alıb.