Ronaldu 1000-ə çatdı - Forvard yubiley matçında qol da vurub

Ronaldu 1000-ə çatdı - Forvard yubiley matçında qol da vurub

Dünya futbolunun canlı əfsanəsi Kriştianu Ronaldu klub karyerasında 1000-ci oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Portuqaliya millisinin kapitanının yubiley qarşılaşması formasını geyindiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun Asiya Çempionlar Liqasının pley-off görüşündə qeydə alınıb.

"Əl-Feyha" ilə matçda meydana çıxan 39 yaşlı superulduz, beləliklə, adını növbəti dəfə tarixə yazdırıb.

Komandasının cavab dueli öncəsi minimal hesablı qələbəsini də 81-ci dəqiqədə Ronaldu təmin edib - 1:0.