2026-cı ildə Avropa çempionatını keçirmək hüququ Rusiyadan alındı
Qadın həndbolçular arasında 2026-cı ildə Avropa çempionatına ev sahibliyi etmək hüququ Rusiyadan alınıb.
MediaSport.az xəbər verir ki, bu barədə Avropa Həndbol Federasiyası (EHF) qərar qəbul edib.
Qurum hələlik yeni ölkənin adını açıqlamayıb.
Qeyd edək ki, 2022-ci il fevralın 28-də EHF İcraiyyə Komitəsinin qərarına əsasən Rusiya və Belarus komandaları Ukrayna ilə müharibə səbəbindən yarışlardan kənarlaşdırılıb.