Avropa çempionatı: Azərbaycan millisi səfərdə Litva ilə qarşılaşır
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Mediasport.az xəbər verir ki, 5-ci qrupda mübarizə aparan komandamız 3 gün əvvəl Bakıda məğlub etdiyi Litva yığmasının qonağı olacaq.
Görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Yığmamız daha əvvəl Şimali Makedoniya və İspaniyaya uduzub.
Qrupa 6 xalla İspaniya başçılıq edir.
Şimali Makedoniyanın 4, yığmamızın 2 xalı var, sonuncu olan Litva xal qazana bilməyib.