3 cüdoçumuz Monqolustanda medal qazana bilmədi - "Böyük dəbilqə"
Azərbaycanın üç cüdoçusu Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük dəbilqə" turnirində uğursuz çıxış edib.
MediaSport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Nurlan Osmanovla İbrahim Əliyev və 81 kq-da Zelim Kotsoyev yarışı medalsız başa vurub.
Qeyd edək ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb. "Böyük dəbilqə" sabah yekunlaşacaq.