Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə başlayır - AVRO-2024

Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə başlayır - AVRO-2024

Bakıda güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Mediasport.az xəbər verir ki, bu gün sərbəst güləşçilərin mübarizəsinə start veriləcək.

Azərbaycan millisi ilk 5 çəkinin hamısında mübarizəyə qoşulacaq.

57 kq

Elman Ağayev 1/8 final mərhələsində Andreas Parotsidislə (Yunanıstan) qarşılaşacaq.

65 kq

Musa Ağayev 1/8 finalda Yuri Vovkla (Ukrayna) üz-üzə gələcək.

70 kq

Mübarizəyə 1/4 finaldan start verəcək Kənan Heybətovun rəqibi Seyfulla İtayev (Fransa) olacaq.

79 kq

Əli Çokayev 1/8 finalda Radomir Stoyanovu (Bolqarıstan) sınağa çəkəcək.

97 kq

Rəvan Musayev isə 1/8 finalda Soslan Zaqayevlə (AİN) güləşəcək.