DÇ-2023: Daha 2 güləşçimiz Serbiyada uğursuz çıxış edib
Azərbaycanın daha iki qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında uğursuz çıxış edib.
Mediasport.az xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən Elnurə Məmmədova təsnifat mərhələsində rumıniyalı Andrea Anaya uduzub.
62 kq-dakı Elis Manolova isə eyni raundda venesuelalı Natali Qrimana məğlub olub.
Güləşçilərimizin rəqibləri finala çıxsalar, onlar sabah təsəlliverici görüşlərə qatılacaqlar.
Qeyd edək ki, daha əvvəl Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), və Birgül Soltanova (65 kq) yarışı medalsız bitiriblər.