3 idmançımız Bakıda Avropa çempionatında medal qazanıb

3 idmançımız Bakıda Avropa çempionatında medal qazanıb

Azərbaycanın üç idmançısı Bakıda keçirilən qrapplinq üzrə U-17, U-20 və böyüklər arasında Avropa çempionatında medal qazanıb.

Mediasport.az xəbər verir ki, Eldar Məmmədov (130 kiloqram) gümüş, Vahid Ələkbərovla (58 kiloqram) Vasif Səfərbəyov (100 kiloqram) isə bürünc mükafata yiyələniblər.

Bakı İdman Sarayında təşkil olunan Avropa çempionatına mayın 30-da yekun vurulacaq.