Millimiz Portuqaliyada Avropa Kubokunda 5 medal qazanıb

Millimiz Portuqaliyada Avropa Kubokunda 5 medal qazanıb

Azərbaycanın yeniyetmə cüdoçuları Portuqaliyanın Koimbra şəhərində keçirilən Avropa Kubokunda 5 medal qazanıblar.

Mediasport.az xəbər verir ki, komandamız turnirdə üç gümüş və iki bürünc mükafat əldə edib.

Millimiz yarışda medal əyarına görə ümumi hesabda 6-cı olub.

Cüdoçularımız oğlanlar arasında 4-cü, qızların mübarizəsində isə 7-ci yeri tutublar.