4 güləşçimiz yarımfinalda, Əli Vazgenə uduzdu - Avropa çempionatı

4 güləşçimiz yarımfinalda, Əli Vazgenə uduzdu - Avropa çempionatı

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatına start verilib.

mediasport.az xəbər verir ki, ilk gündə 5 sərbəst güləşçimizdən 4-ü adını yarımfinala yazdırmağı bacarıb.

57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə, 97 kq-da Maqomedxan Maqomedov, 79 kq-dakı Səbuhi Əmiraslanov və 70 kq-da yarışan komandamızın lideri Hacı Əliyev 1/2 finala çıxıblar. 65 kq-da mübarizə aparan Əli Rəhimzadə Vazgen Tevanyana (Ermənistan) məğlub olub.

Əliabbas Rzazadə finala gedən yolda Simone Piroddu (İtaliya), Hacı Əliyev Vasile Diakon (Moldova), Səbuhi Əmiraslanov Vasili Mixaylov (Ukrayna) və Maqomedxan Maqomedov Vladislav Baytsayevlə (Macarıstan) qarşılaşacaq.

Yarımfinal görüşləri Bakı vaxtilə 20:00-dan etibarən İTV-də canlı yayımlanacaq. Qitə birinciliyiaprelin 23-də başa çatacaq.