40 yaşlı keçmiş "Qalatasaray"lı futbolçu ilə yeni müqavilə bağlanıb
Braziliyanın “Fluminense” klubu veteran müdafiəçi Felipe Melo ilə yeni müqavilə bağlayıb.
Mediasport.az xəbər verir ki, O, 2011-2015-ci illərdə "Qalatasaray"dakı çıxışları ilə yadda qalan 40 yaşlı braziliyalı ilə anlaşmanın müddəti 2024-cü ilin yayına qədərdir.
Melo "Fluminense"də 2022-ci ildən çıxış edir.