50 məşqçi dərəcə uğrunda seminar və imtahanlarda iştirak edib

50 məşqçi dərəcə uğrunda seminar və imtahanlarda iştirak edib

Azərbaycan Cüdo Federasiyası tərəfindən Dan dərəcələri üzrə 50 məşqçi arasında ilk dəfə seminar və imtahan keçirilib.

Mediasport.az xəbər verir ki, seminar Türkiyə Cüdo Federasiyasının Təhsil Direktoru, Avropa Cüdo Birliyinin Kata Komissiyasının üzvü Mehmet Yılmaz tərəfindən aparılır.

Sabah başa çatacaq tədbirin keçirilməsində məqsəd Dan sisteminə uyğun olaraq məşqçilərin bacarıqlarını qiymətləndirmək və müəyyən etməkdir.

Seminar və imtahanı uğurla başa vuran iştirakçılara müvafiq Dan dərəcəsi üzrə bilik və bacarıqlarını təsdiq edən sertifikat veriləcək.