Yeniyetmə cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər

Yeniyetmə cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər

Azərbaycanın yeniyetmələrdən ibarət cüdo millisi Portuqaliyada Koimbra Avropa Kubokunda iştirak edəcək.

Mediasport.az xəbər verir ki, yarış 25-26 may tarixlərində keçiriləcək.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə təşkil olunacaq turnirə 23 ölkədən 547 idmançı qatılacaq.

Azərbaycan yarışda qızlar və oğlanlar arasında 6 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.

Komandamız səfərə yeniyetmə oğlanlardan ibarət komandanın məşqçisi Emin İskəndərov və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında yollanıb.


Avropa Kuboku. Qızlar

48 kq.

Diana Eldarova

Nuranə Hacızadə

52 kq.

Aysun Məmmədova

Səmayə Yusifli

57 kq.

Aytən Verdiyeva


Avropa Kuboku. Oğlanlar

60 kq.

Fərid Qarayev

Özqan Quliyev

Nihad Rəhimov

66 kq.

Ümüd Qurbanov

Ramil Mahmudov

Kənan Sadıqov

Səlim Sultanov

90 kq.

Hüseyn Eyvazlı