12 azarkeş həyatını itirdi

12 azarkeş həyatını itirdi

Daha bir futbol matçında faciə qeydə alınıb.

mediasport.az xəbər verir ki, hadisə El Salvador çempionatının pley-off mərhələsinin "Alyans" - FAS oyununda yaşanıb.

"Kuskatlan" stadionunda keçirilən görüşdə yaranmış sıxlıq və izdiham 12 nəfərin həyatını itirməsi ilə nəticələnib. Azarkeşlərin böyük əksəriyyətinin stadiona saxta biletlə daxil olması turniketlərdə basabas yaradıb.

Görüş yarımçıq dayandırılıb, ölkədə bütün futbol oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.