Azərbaycan 8 idmançı ilə başladı, 2-nin medal şansı var - Avropa Oyunları
Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarına atletika yarışları ilə start verilib.
MediaSport.az xəbər verir ki, Azərbaycanın 8 idmançısı 3-ü Divizionda ilk gündə yığmamızın hesabına 70 xal yazdırıblar.
Komandamızın üzvlərindən ən yaxşı nəticəni Anna Skidan göstərib. Atletimiz çəkicatmada (71,69 m) 11 iştirakçı arasında birinci olub.
38 yaşlı Aleksis Koppello 38 yaşlı üç təkanla tullanmada (15,91 m) 14 idmançı arsında ikinci göstərici ilə yadda qalıb.
Skidan və Kapellonun medal iddiaları davam edir. Digər idmançılarımız isə medal şanslarını itiriblər.
Lamiyə Vəliyeva 400 m məsafəni 55,79 saniyəyə, Anna Yusupova isə 5000 m məsafəni 17:37.97 ilə qaçaraq, öz kateqoriyalarında finişə beşinci sırada çatıblar.
Cavid Məmmədov 400 m məsafəni 49,58 saniyəyə, İlahə Quliyeva isə 100 metr məsafəni 12,39 saniyəyə qət ediblər. Hər iki idmançı 10-cu yerlə kifayətlənib.
Aleksey Əliəkbərov 100 m məsafəni 11,23 saniyəyə qaçmağı bacarıb. O, 14 iştirakçı arasında yalnız iki rəqibini qabaqlayaraq, 12-ci olub.
Azərbaycan idmançılarından ən zəif nəticəni Elman Abışov göstərib. E.Abışov 800 m məsafəni 2:06,12 saniyəyə qət edib. O, 14 idmançının mübarizəsində sonuncu yeri tutub.
Qeyd edək ki, fərdi yarışlarda oyunların mükafatçıları 3 divizionun hamısında mübarizə yekunlaşdıqdan sonra ümumi nəticələr əsasında müəyyən ediləcək.