Cüdo millimiz Açıq Avropa turnirində ikinci yeri tutdu
Azərbaycan cüdoçuları 28-29 sentyabrda Çexiyanın paytaxtı Praqada keçirilən Açıq Avropa turnirində 1 qızıl və 2 gümüş medal qazanıblar.
Mediasport.az xəbər verir ki, cüdoçularımız yarışda medal əyarına görə, ümumi hesabda 4-cü, kişilər arasında 2-ci yeri tutub.
Turnirin ilk günündə Hüseyn Allahyarov (-60 kq) gümüş, Rəşad Yelkiyev (-66 kq) qızıl medal qazanıb.
Yarışın ikinci günündə Camal Qamzatxanov (+100 kq) gümüş medal əldə edib.