İddiaçılar Turniri: Nicat Abasov bu dəfə hindistanlı rəqibinə uduzub

  İddiaçılar Turniri: Nicat Abasov bu dəfə hindistanlı rəqibinə uduzub

Kanadada keçirilən İddiaçılar Turnirinin 6-cı turunda Nicat Abasov növbəti dəfə uğursuz nəticə göstərib.

Mediasport.az xəbər verir ki, o, qara fiqurlarla mübarizədə hindistanlı Rameşbabu Praqnanandhaya uduzub - 0:1.

Altı turdan sonra hesabında 1,5 xal olan Nicat Abasov eyni nəticəyə imza atan Əlireza Firuzca ilə 7-8-ci yerləri bölüşdürür. Turnir cədvəlinə hərəyə 4 xal toplayan Dommaracu Qukeş və Yan Nepomnyaşi başçılıq edir.

Turnir aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Yarışın mükafat fondu 500 min avrodur. Qalib 48 min avro qazanacaq.