ABF Malayziya Badminton Federasiyası ilə əməkdaşlıq edəcək
Azərbaycan Badminton Federasiyası (ABF) və Malayziya Badminton Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
mediasport.az xəbər verir ki, federasiya prezidenti Taleh Ziyadov malayziyalı həmkarı Məhəmməd Norza Zəkəriyyə arasında imzalanan memoranduma əsasən, tərəflər bir çox sahələrdə əməkdaşlıq proqramı həyata keçiriləcəklər.
Bu çərçivədə badmintonçuların hazırlıq səviyyəsinin artırılması məqsədilə birgə təlim-məşq toplanışların keçirilməsi, məşqçilərin təkmilləşməsi üçün kursların təşkili, hakimlərin hazırlanması, idman infrastrukturunun inkişafı və idarə edilməsi sahələrində təlim və bilik mübadiləsi, həmçinin, digər istiqamətlər üzrə birgə fəaliyyət nəzərdə tutulub.
Bu ilin martından yeniyetmə badmintonçular Ülvi Hüseynov, Əmirxan İmanov və Əminə İsmayılova Petronans Malayziya Badminton Akademiyasında 2023-2024-cü illər ərzində təlim-məşq toplanışında iştirak edərək peşəkarlıq səviyyəsini artıracaq və orta təhsillərini həmin akademiyada davam etdirəcəklər.