Batumidən daha 1 medal

Batumidən daha 1 medal

Gürcüstanın Batumi şəhərində stolüstü tennis üzrə dünya seriyalı “WTT Youth Contender” turniri davam edir.

Mediasport.az xəbər verir ki, milli komandamız aktivinə daha bir medal yazdırıb.

13 yasadək idmançıların mübarizəsində istedadlı tennisçimiz Onur Quluzadə bürünc medal qazanıb.

Qeyd edək ki, yarışın ilk günlərində Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Nigar Mahmudova, Xədicə Əbilzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Aysu Ağayeva, Xədicə Eylazova və Yağmur Məmmədlidən ibarət komandamız turniri 9 medalla başa vurub.